Bacısını xilas etmək üçün...

29 İyun 2012 16:35
Milli.Az ABC-yə istinadən bildirir ki, Florida ştatının sakini Ceremi Bellin dediyinə görə, həkimlər ötən il bacısı Elissa Steyni müayinə edəndə onda kəskin böyrək çatışmazlığı tapmışdılar. Qadına təcili olaraq böyrək köçürülməliydi.

Elissanın durumu aydan aya pisləşib və həkimlər bildiriblər ki, o, böyrək transplantasiyası əməliyyatına məruz qalmasa, öləcək. Bunu eşidən Ceremi risk etmək və böyrəyini bacısına vermək qərarına gəlir. Bacını xilas etmək istəyən qardaş sərt pəhriz tutmalı, bədəninin az qala yarısından "qurtulmalı" idi.

"Böyrək donoru olmaq istəyən adamın çəkisi normadan 25 kq-dan artıq olmamalıdır. Donor sağlam olmaq məcburiyyətindədir", - həkim Kalyan Merti deyib.

"Tufts University School of Medicine" klinikasının həkimlərinin dediyinə görə, çox qısa müddətdə sürətlə arıqlamaq qərarına gəlmiş adam səhhətində ciddi problemlərə hazır olmalıdır.

Lakin Ceremi bu riski gözə alıb. İyunda isə Leyklend şəhərinin yerli klinikasında Cereminin böyrəyi bacısı Elissaya köçürülüb.

"Bu qərara gələndə nəticələri yox, sevimli bacımı düşünürdüm", - Ceremi deyib.

Milli.Az