Mustafa Sandalın qonaq gəldiyi dəbdəbəli toydan kadrlar - YENİLƏNİB - VİDEO

5 Oktyabr 2024 12:55

12:55

Azərbaycanlı iş adamı, "Sönmezler Metal" şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlunun Bakıda toyu olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, biznesmen kiçik oğlu Ramin üçün "Buta Palace"da dəbdəbəli mərasim təşkil edib.

Nigar-Ramin cütlüyünün toyuna Türkiyənin məşhur ulduzu Mustafa Sandal da dəvət edilib. Bundan başqa, mərasimdə Xalq artistləri Aygün Kazımova, Alim Qasımov da səhnəyə çıxıb.

Qeyd edək ki, Loğman və Nurəddin Zülfüqarlı qardaşları həm Türkiyədə, həm də Azərbaycanda metal işinə böyük investisiyalar qoyublar. Daha sonradan "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovla aralarında yaranan münaqişə səbəbindən Türkiyəyə köçmüşdülər.

---------
10:01


Türkiyənin pop ulduzu Mustafa Sandal Bakıya gəlib.

Milli.Az xəbər verir ki, türkiyəli ulduz Bakıda keçirilən toylardan birinə müğənni kimi çağırılıb.

Dəbdəbəli restoranlardan birində keçirilən məclisdə Sandal hit və sevilən mahnılarını səsləndirərək ailə quran cütlüyü və qonaqları əyləndirib.

Milli.Az-ın əldə etdiyi məlumata görə Bakıda keçirilən sözügedən dəbdəəbəli toy məclisi Azərbaycanlı iş adamı, "Sönmezler Metal" şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Raminin toyu olub. 

Loğman Zülfüqarlı və qardaşı Nurəddin Zülfüqarlı  həm Türkiyədə, həm də Azərbaycanda metal sənayesin sahəsində tanınan iş adamlarıdır. Hətta onların bir zamanlar Azərbaycanda  "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovla problemlər yaşadıqları və bu səbəbdən Türkiyəyə köçdükləri də iddia olunurdu.

Qeyd edək ki, Zülfüqarlı qardaşların sahib olduğu "Sönməzlər Metal" şirkəti 2008-ci ildə qurulub. 

Milli.Az