Rusiyalı blogerlər ev dustağı olacaq - FOTOlar

5 Oktyabr 2024 08:32

Məhkəmə rusiyalı blogerlər Valeriya və keçmiş həyat yoldaşı Artem Çekalin barəsində həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikili noyabrın 26-dək ev dustaqlığına göndərilib.

Qeyd edək ki, blogerlər fitnes marafonlarından əldə etdikləri 251 milyon rublu gəliri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankına köçürüblər. Cütlük günahını etiraf etməkdən imtina edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun