Argentina prezidenti bu seriala baxır: BMT-də bilindi

5 Oktyabr 2024 07:32

Argentina prezidenti Xavyer Miley BMT-dəki çıxışı zamanı "Qərb Qanadı" serialında səslənən ifadələri işlədib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "La Nación" qəzeti məlumat yayıb.

"Plagiat, hörmət və ya diplomatik həyasızlıq jesti? Yəqin ki, söhbət bu üç şeydən gedir",- prezident BMT Baş Assambleyasındakı ilk nitqində serialdakı ifadənin eynisini deyib.

ABŞ prezidentinin administrasiyasının daxili həyatı və fəaliyyətindən bəhs edən bu serial Mileyin köməkçisi Santyaqo Kaputonun sevimli əsəridir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun