2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 5-nə olan xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etdiyini açıqlayıb.
- Prezident İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibə verib.
- Birinci vitse-prezident Mehriban Əliyevan rəsmi "İnstagram" səhifəsində hər kəsi həqiqəti paylaşmağa dəvət edib.
- Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri.
- Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralandığını açıqlayıb.
- Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə, Göygöl və Goranboyu atəşə tutub.
- Bərdəyə atılan raket mərmisinin qəlpələrindən 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri yayılıb.
- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb.
- Ermənistan Ağcabədini atəşə tutub yaralananlar olub. Düşmənin 4 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun