Ulduz aktrisanın keçmiş əri ondan yarım milyon tələb edir

5 Oktyabr 2024 06:14

Hollivud ulduzu Holli Berrinin keçmiş əri vəkillik haqqını ödəmək üçün aktrisadan 360 min dollardan çox pul tələb edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Berrinin keçmiş əri Olivier Martinez övladının qəyyumluğu uğrunda mübarizəni davam etdirmək üçün aktrisadan  külli məbləğdə pul tələb edib. 

Berri illər öncə 10 yaşlı oğulları Makonun  himayəsini öz üzərinə götürsə də ,ərinə hər ay 8 min dollar ödəyir.

Olivier oğlunun qanuni qəyyumluğunu geri almaq üçün məhkəmələrə tökdüyü pulları keçmiş arvadından istəyir. O bildirib ki, pullar vəkillik mübarizəsi ilə məşğul olan bir hüquq firmasına ödəniş etmək üçün istifadə olunacaq. O, rüsumları ödəmək üçün 45 min dollar kredit götürdüyündən və Rolex saatını satmasından şikayətlənib.

Olivye və Holli 2013-cü ildə evlənib, 2016-cı ildə ayrılıblar. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun