Müğənni Roza Zərgərli "Tarixin bir günü" verilişində şok açıqlamalar edib.
Milli.Az xəbər verir ki, sənətçi onu əxlaqsız kimi qələmə verən həmkarına efirdə od püskürüb.
Onun övladları barədə sirrini ifşa edən qadına ürək sözlərini "Tarixin bir günü" verilişində çatdırıb:
"Bir ifaçı var. Onu axirətdə belə bağışlamayacağam. Övladlığa götürdüyüm uşaqları hamı öz doğma övladım bilirdi. Həmin qadın öz əxlaqsızlığı ilə efirdən bu məsələnin üstünü açdı.
Mən məcbur olub dedim ki, mənim övladlıqlarımdı. Əslində iki qadındır. Efirlərin birində onların atalarını axtarırdım. O adam efirdə dedi ki , Roza xaricdəki ərini axtarır. Bu söz mənim ailəmi dağıtdı. Həmin ərəfədə evli idim. Mənə əxlaqsız qadın kimi baxırdılar, ona görə etiraf etməyə məcbur olmuşam".
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun