Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Litva parlamentinin 60 üzvü SEPAH-ın terror təşkilatı elan edilməsinə səs verib.
"SEPAH terror təşkilatıdır və onun fəaliyyəti beynəlxalq sülh və sabitliyə təhlükədir", - parlamentdən bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun