Bolt Food çatdırılma xidməti indi Sumqayıtda - FOTO

4 Oktyabr 2024 17:50

Artıq Sumqayıt sakinləri Bolt Food tətbiqi vasitəsilə tez və rahat şəkildə restoranlardan yemək sifariş edə bilərlər. Tətbiq vasitəsilə 24 saat sifariş edə bilərsiniz.

Müasir dünyada, həyatın sürətli və gərgin tempi həmişə ləzzətli ev yeməkləri hazırlamağa imkan vermir, belə ki, çatdırılma xidmətlərinin köməyi ilə insanlar hər zövqə uyğun yeməklər sifariş edə bilərlər: fastfuddan tutmuş bir neçə nəfər üçün dadlı şam yeməyinə qədər. Mümkün qədər çox şəhərin sakinlərinin sevimli restoranların dadlı yeməklərindən zövq alması üçün Bolt şirkəti Bolt Food xidmətini fəal şəkildə inkişaf etdirir və onun Azərbaycanda əhatə dairəsini genişləndirir.

Tətbiqdə yeni istifadəçiləri eksklüziv təkliflər gözləyir, məsələn: KFC menyusunda 30% endirim, Papa John's-dan unikal kombo, Rəmzioğlu Paxlavadan 40% endirim və bir çox digər maraqlı kampaniyalar. Həmçinin ay ərzində sifarişlərin pulsuz çatdırılması xidməti də aktiv olacaq.

Partnyorumuz KFC restoranının meneceri Rafael Şıxammədov qeyd edir: "Bolt Food ilə əməkdaşlıq bizə müştərilərimizi sevdikləri KFC yeməkləri ilə tez və rahat şəkildə təmin etməyə imkan verir. Şadıq ki, Sumqayıt sakinləri artıq evdən çıxmadan keyfiyyətli xidmətdən və isti yeməklərdən həzz alaraq məhsullarımızı evlərinə və ya ofislərinə çatdırılma ilə sifariş edə biləcəklər".

Bu xidmətdən istifadə etmək üçün Sumqayıt sakinləri smartfonlarına Bolt Food tətbiqini endirməli və bir neçə sadə addımı yerinə yetirməlidirlər:

restoranı seçmək;

menyu ilə tanış olmaq və seçilən yeməkləri səbətə əlavə etmək;

çatdırılma ünvanını və ödəniş üsulunu seçmək;

sifarişi mümkün qədər tez çatdıracaq kuryeri gözləmək.

Azərbaycanda Bolt Food yemək çatdırılması xidmətinin rəhbəri Dilarə Tomtiyeva bildirir: "Biz Sumqayıtda Bolt Food yemək çatdırılması xidmətini işə salmaqdan və şəhər sakinlərinə sevimli yeməklərini restoranlardan birbaşa evlərinə çatdırmağın rahat və sürətli yolunu təklif etməkdən məmnunuq. Məqsədimiz sifariş prosesini hamı üçün mümkün qədər sadə və əlçatan etməkdir. Biz Azərbaycan ərazisində genişlənməyə davam edirik, komforta və vaxtına dəyər verən hər kəs üçün yüksək keyfiyyətli və innovativ həllər təqdim edirik".

Bolt Food-un kuryer partyoru Orxan Quliyev platforma ilə işləməyi peşəkar nöqteyi-nəzərdən şərh edib: "Bir kuryer kimi Bolt Food-un istifadəyə verilməsindən çox məmnunam. Ən çox bəyəndiyim tətbiqdən istifadənin çox asan və rahat olmasıdır. Məsələn, çatdırılma ünvanını, eləcə də digər detalları razılaşdırmaq və ya dəqiqləşdirmək lazım gələrsə, sifarişçi ilə asanlıqla əlaqə saxlamaq mümkündür. Mən və ətrafımda kuryer kimi işləyən hər kəs buna çox müsbət yanaşır. Biz sifarişlərin artacağını gözləyirik və Bolt Food-un bazar lideri olaraq mövqe tutacağına inanırıq".

Bolt Food ilə əməkdaşlığımız bizə müştərilərimizə təzə hazırlanmış paxlavamıza tez və rahat çıxış imkanı təqdim etməyə imkan verir. Bakıdakı illərlə davam edən əməkdaşlığımızdan sonra, bu əməkdaşlığı Sumqayıta genişləndirməkdən məmnunuq," - deyə Rəmzioğlu Paxlava şəbəkəsinin təsisçisi Cavid Ağayev bildirib. Biz təkcə keyfiyyətli şirniyyatlar deyil, həm də hər bir müştəriyə müstəsna xidmət təcrübəsi təqdim etməkdən qürur duyuruq. İstər özünüz üçün şirin bir ləzzət, istərsə də başqaları ilə paylaşmaq üçün Rəmzioğlu Paxlava bir klik uzaqlığınızdadır.

Hazırda Bolt Food xidməti Azərbaycanın iki böyük şəhərində - Bakı və Gəncədə fəaliyyət göstərir.

Bolt şirkəti haqqında məlumat 

Bolt şəhərdə nəqliyyat vasitəsilə hərəkəti daha əlçatan, təhlükəsiz və ekoloji cəhətdən təmiz

etməyi hədəfləyən multi-tətbiqdir. Bolt-un xidmətlərindən Avropa və Afrikanın 45 ölkəsində

(500-dən çox şəhərində) 150 milyon insanın istifadə edir. Multi-tətbiqdə gediş

sifariş etmək, karşerinq, elektrikli skuterlərin və elektrikli velosipedlərin icarəsi, həmçinin

yemək və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Hazırda

dünya üzrə 3,5 milyondan çox sürücü və kuryer şirkətlə əməkdaşlıq edir.

Hazırda Bolt şirkəti Azərbaycanın on üç şəhərində səfər sifarişi xidmətini həyata keçirir:

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan, Lənkəran, Qəbələ, Şəmkir, Şəki, Şirvan, Yevlax, Quba, Masallı.