Putin ad günündə onlarla görüşəcək

4 Oktyabr 2024 17:00

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad günündə MDB ölkələrinin liderləri ilə görüşəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

"Xüsusi təntənəli heç bir şey olmayacaq. Putin günün ilk yarısında qapalı, işgüzar görüşlər keçirəcək. Axşam isə MDB ölkələrinin liderləri ilə görüşəcək. Bu barədə ətraflı məlumat verəcəyik", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də 72 yaşı tamam olur. 

Onu da qeyd edək ki, MDB-nin Baş katibi Sergey Lebedev daha əvvəl MDB ölkələrinin liderlərinin sammitinin oktyabrın 8-də Moskvada keçirəcələyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun