"CommanderKrieger" adı ilə tanınan alman yayımçı Andre Krieger canlı yayımda insult keçirib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Bild" məlumat yayıb.
Belə ki, "CommanderKrieger" yayım zamanı bir izləyicinin mesajını oxuya bilməyib və zarafat edib ki, yəqin ki, insult keçirir.
Hadisə ilə bağlı danışan 44 yaşlı bloger bildirib ki, o, həmin an aydın görə bilməyib:
"Görüş qabiliyyətim getdikcə bulanıqlaşdı və mən yalnız çox kiçik bir ərazini görə bildim".
Bloger verilişi bitirib yatağa gedib. Səhər o, xəstəxanaya gedib və orada həkimlər onun həqiqətən insult keçirdiyini müəyyən ediblər. Krigerin sözlərinə görə, həkim onu da bildirib ki, əgər xəstə adi həyat tərzini davam etdirsə, on ildən çox yaşamayacaq.
Komandir Krieger etiraf edib ki, o, yalnız qazlı içkilər içir və çəkisi 170 kiloqram, boyu isöə iki metrdir. O, əmin edib ki, vərdişlərini daha sağlam olanların xeyrinə dəyişmək niyyətindədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun