Timsah tamaşa zamanı məşqçiyə hücum etdi - VİDEO

4 Oktyabr 2024 17:48

Taylandda əyləncə parkında şou zamanı timsah məşqçiyə hücum edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə timsahların yetişdirildiyi və onlarla nümayiş olunduğu "The Million Years Stone Park və Pattaya" timsah farmında baş verib. Təlimçi tamaşaçıların gözü önündə əlini timsahın ağzına salmağa çalışıb.

Timsah bu zaman çənələrini bağlayıb və kişinin qolundan tutub. Məşqçi dərhal özünü xilas edə bilsə də, qolu ciddi zədələnib.

Zərərçəkənin nə dərəcədə ağır xəsarət aldığı məlum deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun