Mahmud Abbas İrana səsləndi: Bizə ziyan vurmaqdan əl çək...

4 Oktyabr 2024 16:08

İran İsrailə 400 raket buraxdı və bu hücum nəticəsində yalnız bir məzlum fələstinli həlak oldu, heç bir israilli ölmədi və İsrailə ziyan dəymədi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas deyib.

"İrandan tələb edirik ki, öz mənafeyinə görə bizə xəsarət yetirmək və zərbə vurmaqdan əl çəksin",- Mahmud Abbas sosial media hesabında yazıb.

Qeyd edək ki, İranın İsrailə raket hücumu nəticəsində Eriha şəhərində Qəzza zolağından olan bir fələstinli qaçqın həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun