Ayanın toy geyimi müzakirələr yaratdı - VİDEO

4 Oktyabr 2024 17:20

Müğənni Ayan Babakişiyevanın el məclislərinin birindən görüntüsü yayılıb.

Milli.Az xəbər verir ki, sənətçinin toya seçdiyi geyim müzakirələrə səbəb olub. Belə ki, məclisdə şort geyinən Ayanın "look"unu görənlər birmənalı qarşılamayıb. 

Tənqidlərlə razılaşmayan Babakişiyeva eynindəki dəstə 2000 azn veridiyini bildirərək, onu qınayanları "qıjı" adlandırıb.

Müğənninin aqressiv cavabı sosial media istifadəçilərini hiddətləndirib.

Ayan sözügedən məsələyə "Qonaqcanlı" verilişində münasibət bildirib:

"Toy məclisi də bir səhnədir. Geyimimdə o zaman qüsur olardı ki, artıq çəkim olardı, bədən quruluşum o geyimi geyinməyə icazə verməzdi. Əgər mən pəhrizimə və günlərlə ac qalmağıma rəğmən o libası geyinə bilirəmsə nə xoş mənə".

Sözügedən görüntünü təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun