"Pul verib səhifələrdə trend etdirirlər özlərini. Günə 200 demirəm,100 dollar vurdursam, mən də trenddən düşmərəm. Vəfa da, Şəbnəm də bu gün o trenddə pul hesabına qalırlar".
Milli.Az bildirir ki, lent.az-ın xəbərinə görə, bu fikirləri teleproqramlardan birində müğənni Ülviyyə Namazova səsləndirib.
"Trend odur mahnı tanınsın, sevilsin. Reklam edirlər, dinləməyənin də qabağına çıxır. Hamısı pul verib qabağa gedir. Bir-birinin acığına. Bizim də bu işlərdən anlayışımız var", - o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun