Virciniya ştatının Ceyms Madison Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, havanın çirklənməsi ildırım çaxmalarının tezliyini artırır. Tədqiqatçılar Vaşinqton, D.C və Kanzas-Siti şəhərlərində 12 il ərzində baş verən 500.000-dən çox ildırımdan əldə edilən məlumatları təhlil edərək, PM2.5 və PM10 kimi kiçik hissəcikli hava çirkləndiricilərinin ildırım vurma sayına təsir etdiyini aşkar ediblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, çirklənmə bulud əmələ gəlməsi üçün nüvə rolunu oynayır.
Buluda yuxarı hava axını ilə daxil olarkən, çirkləndirici hissəciklər buluddakı elektrik yükləri ilə birlikdə ayrılır və nəticədə daha çox ildırım çaxır. Lakin havadakı hissəciklərin konsentrasiyası çox yüksək olduqda, tufan daxilində enerji itkisi səbəbindən ildırımların sayını azalda bilər.
Alimlər həmçinin müəyyən ediblər ki, hər iki şəhərdə cümə axşamı tufan aktivliyi daha yüksək olub və tufanlar üçün ən sakit günlər fərqli olub: Vaşinqton üçün bazar ertəsi və Kanzas Siti üçün cümə günü.
Tədqiqat havanın çirklənməsinin meteoroloji hadisələrə necə təsir göstərə biləcəyini daha yaxşı anlamağa kömək edir və gələcəkdə alimlər dünyanın müxtəlif yerlərində havanın çirklənməsinin tufan və şimşək çaxmasına necə təsir etdiyini öyrənmək üçün tədqiqatı dünyanın digər regionlarına da genişləndirməyi planlaşdırırlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun