11-ci sinif şagirdini it dişlədi

4 Oktyabr 2024 13:08

Qaxda it 11-ci sinif şagirdinə hücum edərək ağır xəsarətlər yetirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə. Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nayihələrinə ağır xəsarətlər yetirib.

Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun