Fransanın ən böyük sirri – “Maskalı məhbus” kim idi? - FOTO

7 Oktyabr 2024 03:03

19 noyabr 1703-cü ildə Fransa tarixinin ən sirli məhbusu, "dəmir maskalı adam" Bastiliya həbsxanasında öldü. Onun kimliyi - kralın qardaşı, itkin hersoq, yoxsa əcnəbi avantürist olması barədə bu gün də mübahisələr davam edir.

Milli.Az lent.az-a istinadən tarixin ən sirli məhbusu - "dəmir maskalı adam" haqda yazını təqdim edir.

1669-cu ildə Benin Dovern de San-Mar Fransanın dövlət cinayətkarları üçün inaş edilmiş Pinerol həbsxanasının komendantı vəzifəsində çalışırdı. Bir gün o, bir məktub aldı - orada Estaş Doje adlı yeni bir məhbusun gələcəyi haqda məlumat verilirdi. Həbsxanada yeni məhbus üçün xüsusi olaraq səs keçirməyən kamera təchiz edilmişdi və onun tələblərini yerinə yetirmək de Sant-Mara həvalə edilmişdi. Beləliklə, məktubu aldıqdan bir ay sonra Pinerola həmin məhbus gətirildi: onun üzü sonralar yaranan əfsanələr əsasında "dəmirə" çevrilən dəmir qapaqları olan məxmər maskanın altında gizləndi. Bu andan 1703-cü ildə ölümünə qədər sirli məhbus de San-Mar ilə əlaqəli olacaqdı. O, komendantı yeni xidmət yerlərinə qədər izləyəcək, 1698-ci ildə onların hər ikisi - həm məhbus, həm də həbsxana işçisi Bastiliya həbsxanasına köçürüləcəkdi.

Maska altında kimin gizləndiyi ilə bağlı mübahisə bu günə qədər davam edir: ümumilikdə 50-dən çox versiya var. Onlardan ən populyarına baxaq.

Kralın qardaşı

Şübhəsiz ki, ən məşhur versiya dəmir maskalı adamın Fransa kralı XIV Lüdovikin qardaşı olmasıdır. Yazıçı Volterin "XIV Lüdovik dövrü" tarixi əsərinin nəşrindən sonra bu versiya populyarlıq qazandı: əsərində Volter "Dəmir maska" nın kralın anası Annanın qeyri-qanuni oğlu ola biləcəyini təklif edir.

Müasir tarixçilər isə "qohumluq" versiyasına şübhə ilə yanaşırlar, çünki XIV Lüdovikin Orlean hersoqu Filipdən başqa qardaşı olduğunu təsdiq edən heç bir sənəd yoxdur.
İtaliyalı avantürist "Maskalı məhbus" olmağa əsas namizədlərdən biri italyan əsilli Erkole Antonio Mattiolidir. Mattioli Mantua Hersoqunun sarayında xidmət edirdi və fransızlarla əlaqəyə girmişdi. O, XIV Lüdoviqə İtaliyanın möhkəmləndirilmiş Kazale-Monferrato qalasını satın almağa kömək edəcəyinə söz verdi. Və sövdələşmə demək olar ki, baş tutan anda o, bunu Fransa kralının sirri kimi olduğunu hər kəsə bölüşdü. Lüdoviqin reputasiyası sarsıldı və o bunu bağışlaya bilmədi. Mattioli İtaliyadan qaçırılaraq Fransa həbsxanasında ömürlük həbs edildi.

Digər versiyalar

Artıq qeyd etdiyimiz kimi, ümumilikdə 50-dən çox tarixi şəxsiyyət "Dəmir maska" ilə əlaqələndirilir. Artıq sadalananlara əlavə olaraq, bunlara: Kardinal Mazarini, Kardinal Mazarinin oğlu, XIV Lüdovikin birinci arvadının qaradərili sevgilisi, XIV Lüdovikin birinci arvadının qara dərili ilə münasibətindən qeyri-qanuni doğulan uşağı, İngiltərənin protektoru, lord Oliver Kromvelin dördüncü oğlu, yazıçı Molyer, naməlum qadın və ya dəri xərçəngindən əziyyət çəkən anonim cinayətkar daxildir.

Alimlər, yazıçılar və dünyəvi şəxsiyyətlər öz versiyalarını irəli sürdülər, lakin tarixçilər hələ də sirli "maskalı məhbus"un kim olduğunu dəqiq şəkildə müəyyənləşdirə bilməyiblər. Hər halda, hər bir versiya valehedici əfsanə üçün yaxşı əsas kimi xidmət edəcəkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun