“O mahnını yaşıl gözlü bir xanıma yazmışam”

4 Oktyabr 2024 11:36

"Avroviziya-2022" təmsilçimiz Nadir Rüstəmli yeni yazdığı mahnı barədə danışıb.

Milli.Az bildirir ki, sözləri və musiqisi sənətçinin özünə məxsus olan "Duman" adlı mahnı bu gün bütün rəqəmsal musiqi platformalarında işıq üzü görəcək. 

Sənətçi bildirib ki, o, bu mahnını illər əvvəl həyatında olan yaşıl gözlü bir xanıma yazsa da, yayımlamayıb. Lakin o, həmin yaşıl gözlü xanımın kimliyini açıqlamayıb. 

Nadir Rüstəmli uzun müddətdir musiqi sevərlər tərəfindən gözlənilən "Duman"ın nəqarət hissəsini öz "İnstagram" səhifəsində yayımlayıb. Video qısa müddətdə izləyicilər tərəfindən olduqca maraqla qarşılanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun