Nar xərçəngə qarşı: Faydaları bitmir

5 Oktyabr 2024 19:00

"Nar orqanizm üçün unikal sağlamlıq xüsusiyyətlərinə malikdir və bir çox xəstəliklərin müalicəsində faydalı ola bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva bildirib.

Onun sözlərinə görə, narın meyvəsi və toxumları çoxlu bioloji aktiv birləşmələr ehtiva edir.

"Müxtəlif tədqiqatların nəticələrinə görə, nar güclü antioksidant, antimikrob və antikanserogen xüsusiyyətlərə malikdir. Narın metabolik sindrom, ürək-damar, endokrin, revmatoloji və hətta onkoloji xəstəliklər, ağız boşluğu patologiyalarında faydalı olduğunu göstərən məlumatlar var. Həmçinin onun dərinin vəziyyətinə müsbət təsiri qeydə alınıb", - deyə Mixaleva bildirib.

Mütəxəssis, həmçinin qeyd edib ki, təzə narı toxumları ilə birlikdə yemək olar, tərkibindəki lifli maddələr onun faydasını və qida dəyərini artırır.

Həkim bildirib ki, bu gün insanların qidasında çox vaxt çatışmayan lifli maddələr bir çox faydalı xüsusiyyətlərə malikdir, o, bağırsaq xərçənginin qarşısının alınmasına, orqanizmdən zərərli maddələrin çıxarılmasına və həzm sisteminin normal fəaliyyətinin saxlanmasına kömək edir.

"Yadda saxlamaq lazımdır ki, nar özlüyündə hər hansı bir xəstəliyi müalicə edə bilməz, ona görə də sağlamlıq problemi olduqda ixtisaslı tibbi yardım üçün həkimə müraciət etmək vacibdir. Heç bir halda özünüzü müalicə etməyin", - deyə mütəxəssis xəbərdarlıq edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun