Məşhur müğənni çadırda yaşayır - 30-40 gün... - FOTO

4 Oktyabr 2024 10:12

Son vaxtlarda astral səyahətləri ilə gündəmə gələn müğənni Yusuf Güney evsiz olduğunu açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Hurriyet"ə danışıb.

O, astral səyahətlərinin birmənalı qarşılanmaması ilə bağlı suala cavab verib.

"Yaşadıqlarımın 10 faizini danışıram. Hamısını sizə desəm, görün nə olar? 5 gün bir yerdə, 2 gün başqa bir yerdəyəm. Hoteldə və çadırda qalıram. Çadır gözəldir. Monteneqroda 30-40 gün tək qalacağam və yenidən astral səyahətə gedəcəyəm", - müğənni bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun