Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım

4 Oktyabr 2024 21:00

"Soyuqlar başlayanda avtomobilin bütün əsas qovşaq və aqreqatları yüksək yüklənmələrə məruz qalır. Bu rejimdə işləmək nəqliyyat vasitəsinin vəziyyətinə mənfi təsir göstərə bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı avtomobil eksperti Maksim Ryazanov xəbərdarlıq edib.

O, tipik problemlərdən qaçmaq üçün maşını qışa hazırlamağın yolunu izah edib.

Ekspertin sözlərinə görə, soyuqlardan əvvəl yerinə yetirilməli olan ilk prosedur alışdırma şamlarının və əyləc qəliblərinin dəyişdirilməsidir.

"Müntəzəm kənar cırıltılar, cızıltı və ya xarakterik qoxu, həmçinin maşının dayanma prosesinin yavaşlaması əyləc sisteminin nasazlığını göstərir", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, növbəti vacib məqam asqının və sükan idarəetməsinin yoxlanılmasıdır.

"Yaxşı olar ki, bunun üçün avtomobil servisinə müraciət edilsin. İstənilən halda preventiv təmir sıradan çıxmış hissənin dəyişdirilməsindən daha ucuz başa gələr", - deyə mütəxəssis tövsiyəsini verib.

Ryazanov bildirib ki, avtomobil sahibinin özü istəsə filtrləri və texniki mayeləri - antifriz, mühərrik yağını dəyişə bilər. Həmçinin kilid və kipləşdiriciləri müstəqil şəkildə işləmək çətin deyil.

"Akkumulyatorun yoxlanılmasına isə xüsusi diqqət yetirmək lazımdır - texniki mərkəzdə onun soyuqlarda yüksək yüklənmələrə davam gətirə biləcəyini qiymətləndirəcəklər", - deyə mütəxəssis əlavə edib.

Mütəxəssis lak-boya örtüyünün vəziyyətini yoxlamağın da az əhəmiyyət daşımadığını qeyd edib.

"Çapıqlar, cızıqlar və digər zədələnmələr aşkar edilərsə, antikorroziya vasitəsi ilə işlənməlidir", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun