Bakıda dəhşətli qəza: “TIR”la iki bacının üstündən keçdi

4 Oktyabr 2024 09:29

Binəqədi rayonunda avtomobil iki piyadanı vurub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, Aqil Səmədov idarə etdiyi "Mercedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub.

Hadisə nəticəsində Cəmilə Eyvazova ölüb.

Faktla bağlı araşdırılma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun