42 yaşlı kişi atdan yıxılaraq öldü

4 Oktyabr 2024 09:11

Gədəbəydə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılıb. 42 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun