Zakir Həsənov Türkiyəyə getdi

4 Oktyabr 2024 09:00

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - "TEKNOFEST 2024" festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun