Siçovul qaynaşan məkan bağlandı - YENİLƏNİB - VİDEO

5 Oktyabr 2024 09:50

09:50

Bakıda pirojki satılan yerdə vətəndaşlar iyrənc mənzərə ilə qarşılaşıblar.

Belə ki, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən "Zülfi Ustanın" obyektində bişirilib satılan qidaların üzərində siçanlar aşkarlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə də yayılıb.

Dönərxanada çalışanlar isə "bütün mətbəxlərdə siçan olur" deyərək vəziyyəti inkar ediblər.

Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

----------------
2024.10.04


Bakıda pirojki satılan yerdə vətəndaşlar iyrənc mənzərə ilə qarşılaşıblar.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər metronun "Ulduz" stansiyasının yaxınlığında lentə alınıb.

Belə ki, ticarət obyektinə daxil olan siçovul pirojkini yeyərkən görüntülənib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun