Sabah 7 500 abonent qazsız qalacaq

3 Oktyabr 2024 19:18

Sabah Biləsuvar rayonunda 7 500 abonentin qaz təchizatı dayandırılacaq.

Milli.Az-ın məlumatına görə, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan uzunluğu 11 000 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması üçün Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsi olmaqla ümumilikdə 7 500 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun