Bakı metrosunda qatar yoluna düşən gəncin kimliyi bilindi - Yenilənib - VİDEO

5 Oktyabr 2024 10:43

10:43

Bakı metrosunun "Ulduz" stansiyasında özünü qatarın altına atan şəxsin kimliyi bilinib.

Milli.Az lent.az-a istinadən bildirir ki, həmin şəxs Qusar rayon sakini 20 yaşlı İlkin Əmirəliyevdir.

Onun hansı səbəbdən özünü qatarın altına atması isə hələlik bəlli deyil.

Hazırda Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

-------------
2024.10.04


Ötən gün saat 19:00 radələrində metronun "Ulduz" stansiyasında qatar yoluna düşən sərnişinin son vəziyyəti açıqlanıb. 

Milli.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən (KTM) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, mərkəzə hospitalizasiya edilən sərnişinin hər iki ayağı amputasiya olunub.

Hazırda onun vəziyyəti ağır stabildir.

-------
10:38


Dünən "Ulduz" metrostansiyasında kişinin qatarın altına düşməsi ilə bağlı təfərrüatlar məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu hadisənin də məqsədli şəkildə törədildiyi üzə çıxıb. Belə ki, adı açıqlanmayan 25-30 yaşlarında kişi ölmək üçün bu addımı atıb.

Onun hansı səbəblə bu addımı atması isə bəlli deyil. Xəsarətlər alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, ötən gün - oktyabrın 3-də metronun "28 May" stansiyasında 55 yaşlı Rövşən Abşıov özünü qatarın altına ataraq, həyatına son qoyub.

----------------
2024.10.03

"Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 3-ü saat 19:12-də metronun "Ulduz" stansiyasında 20 yaşlı şəxsin (kişi cinsli) qatar yoluna düşməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

-------
20:37


Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.

Bu barədə Milli.Az-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edək ki, bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

--------
20:14


Xəbərə video əlavə olunub

----------
19:34

Metronun "Ulduz" stansiyasında sərnişin qatar yoluna düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

"19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub ", - deyə o bildirib.

------------
19:17


Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Milli.Az bakutvxeber-ə istinadla bildirir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun