Biz buraya müqəddəratımız uğrunda mübarizəni davam etdirməyə gəlmişik - Kemi Seba

3 Oktyabr 2024 18:23

Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan tanınmış aktivist Kemi Seba deyib.

"Azərbaycan öz qanun pozuntularına məhəl qoymadan başqa ölkələrdə insan haqlarının vəziyyətini tövsiyələr vermək və qiymətləndirmək istəyən fransız təkəbbüründən yorulub.

Fransa hakimiyyəti digər dövlətləri tənqid etməklə yanaşı, həm Afrika qitəsində, həm də diasporda xüsusilə qaradərili əhaliyə qarşı insan hüquqlarını özləri tez-tez pozur.

Fransa nəinki digər ölkələrə şərtlər diktə etməyə çalışır, həm də keçmiş müstəmləkələrinin üzləşdiyi problemlərə məhəl qoymur.

Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib. Biz buraya öz müqəddəratını təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun