Afrikada üzləşdiyimiz problemlərdən biri də neokolonializmdir - Mavritaniyalı jurnalist

3 Oktyabr 2024 18:07

Afrikada üzləşdiyimiz problemlərdən biri də neokolonializmdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mavritaniyalı jurnalist Abdarahman Vone jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, afrikalılar bir araya gəlib öz müqəddəratları, muxtariyyətləri və müstəqillikləri haqqında düşünməlidirlər.

"Bu söhbət çox vacibdir, çünki bu neokolonializm fenomeni təkcə Afrika ölkələrinə deyil, digər ölkələrə də təsir edir.

Bununla qlobal şəkildə mübarizə aparmaq üçün Azərbaycan kimi ölkələrlə müttəfiq olmalıyıq. Ona görə də biz Azərbaycan dövlətinə və onun xalqına çox minnətdarıq. Düşünürük və inanırıq ki, bu, sadəcə olaraq, son görüş olmayacaq və başqa yerdə görüşərək, bu bəladan necə xilas olacağımızı müzakirə edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun