Bakı metrosunda qatarın altına düşən şəxsin kimliyi bilindi - YENİLƏNİR

3 Oktyabr 2024 18:05

18:05

Bakı metrosunda qatarın altına düşərək ölən şəxsin kimliyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 55 yaşlı Rövşən Abışovdur.

Hadisənin dəqiq motivi araşdırmalardan sonra məlum olacaq.
 

------------
15:42


Metropolitenin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sərnişin qatar yolundan çıxarılıb. Təssüfki, qatarın altına düşən sərnişin həyatını itirib. Metroada qatarların hərəkəti əvvəlki rejimdə bərpa olunub.

------------
15:34

Bakı metrosunda bütün sərnişinlər qatardan düşürdülüb. 

Milli.Az xəbər verir ki, metronun " Sahil" stansiyasında sərnişinlər təcili olaraq qatardan düşürdülüb.

--------------
15:24

"28 May" metrosunda yaşlı kişi qatarın altına düşüb.

Milli.Az xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində, "28 May" stansiyasında qeydə alınıb.

Digər sərnişinlərin verdiyi məlumata görə, həmin şəxs qatarın təkərinin altında qalıb.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun