SEPAH-ın hərbi müşaviri Dəməşqə öldürüldü

3 Oktyabr 2024 14:51

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyada olan hərbi müşaviri Məcid Divani üç gün əvvəl İsrail ordusunun Dəməşqə endirdiyi hava hücumu nəticəsində aldığı xəsarətlərdən ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə SNN agentliyi məlumat yayıb.

"Üç gün əvvəl Dəməşqə endirilmiş hava hücumu nəticəsində SEPAH-ın Suriyada olan müşavirlərindən biri Məcid Divani aldığı xəsarətlər nəticəsində bu gün ölüb", - məlumatda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun