Xəstəni döyən baş direktora cinayət işi açıldı

3 Oktyabr 2024 13:12

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev barəsində cinayət işi açılıb.

"Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, rayon prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin 313-cü, vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürüb və təqsirləndirililən şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, 57 yaşlı Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Bir müddət əvvəl onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.

Bu yaxınlarda isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə R.Yəhyayev barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.