Hacı Şahinin məzarı niyə sökülüb? - VİDEO

3 Oktyabr 2024 13:13

Bugün sosial şəbəkələrdə mərhum ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin məzarının görüntüsü yayılıb. Görüntülər sosial şəbəkə istifadəçilərində məzarın dağıdılması ilə bağlı yalnış iddialar yaradılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, mərhum ilahiyyatçının məzarı və ətrafı ailəsi tərəfindən abadlaşdırılır.

Beləki, məzarın ətrafında abadlıq işləri görülüb və məzarın üstü də yenilənir. Yayılan görüntülər də həmin yeniləmə işlərini əks etdirir. Məzarın dağıdılması ilə bağlı iddialar əsassızdır.

Xatırladaq ki, Hacı Şahin Həsənli 2023-cü ilin mart ayında ürəktutmasından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Milli.Az