Məktəbli anasının avtomobilini oğurlayaraq aşırdı: İçəridən on azyaşlı çıxdı - FOTO

4 Oktyabr 2024 07:39

Moskvada məktəbli anasının avtomobilini oğurlayaraq aşırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avtomobildə daha doqquz yeniyetmə olub.

14 yaşlı oğlan valideynlərinin maşınının açarlarını oğurlayaraq dostunu sükan arxasına keçirib. Yolda digər dostlar da avtomobilə əyləşib, onlardan dördü baqajda yerləşiblər.

Avtomobil bordürə dəyib və bir neçə dəfə aşıb. Zərbənin təsirindən bir qız pəncərədən yola düşüb və xəstəxanaya aparılıb.

Məktəblilərdən bəziləri polis gələnə kimi hadisə yerindən qaça biliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun