Mayın 27-nə olan hava proqnozu
27 May 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, gündüz saatlarında bir qədər güclənəcək.
Havanın temperaturu gecə 16-18 dərəcə isti, gündüz 27-30 dərəcə isti təşkil edəcək.
Milli.Az