Şəmkirdə məktəblinin öldüyü bıçaqlanma hadisəsinin DETALLARI - VİDEO

3 Oktyabr 2024 10:37

Şəmkirdə qətl törədilib.

Milli.Az xəbər verir ki, hadisə rayonun  Mahmudlu kəndində axşam saat 20 radələrində baş verib. Uzun illər bir sinifdə oxuyan iki yeniyetmə arasında düşən mübahisə qanla nəticələnib.  Biri digərinə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.

Şəmkir rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan şəxs  rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək digər yeniyetməni  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, 10-cu sinif şagirdinin öldürdüyü yeniyetmə isə rayon Peşə liseyində oxuyurmuş.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, hadisəni törədən yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub.  Hazırda ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun