Müharibə iştirakçısının döydüyü kişi xəstəxanada ÖLDÜ

3 Oktyabr 2024 09:17

Tərtərdə 50 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun