"Amerikaya səfər"in ulduzu öldü

3 Oktyabr 2024 09:03

"Amerikaya səfər" filminin ulduzu Con Eymos 84 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. 

Aktyor avqustun 21-də Los-Ancelesdə vəfat etsə də, lakin onun oğlu Kelli Kristofer indiyədək atasının ölümü barədə açıqlama verməyib.

Qeyd edək ki, aktyorluq karyerasına 70-ci illərdə başlayan Con 100-dən çox film və serialda rol alıb. Onlar arasında "Yaxşı vaxtlar", "Meri Tayler Mur şousu", "Qətli o yazdı", "Amerikaya səfər 2", "Çətin ölmək 2", "Beverli-Hills şahzadəsi", "Şərq parkı", "Qərb qanadı", "Ağaclardakı adamlar" kimi filmlər var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun