Bayden “yox” dedi - “Dəstəkləməyəcəyik”

3 Oktyabr 2024 09:04

ABŞ Prezidenti Co Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Belə ki, jurnalistlərin İsrailin belə bir zərbəsini dəstəkləyib-dəstəkləməyəcəkləri barədə sualına qısa olaraq "Yox" deyib.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə raket hücumu həyata keçirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun