18:58
Rusiyalı müğənni Lyubov Uspenskayanın itkin düşmüş qızı Tatyana Plaksina tapılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin nümayəndəsi Aleksandr Rusiya mətbuatına məlumat verib.
"Qız tapıldı. O, Rusiyada deyil. Tatyana özünü az-çox normal hiss edir. Anası Lyubov da, qızı da xoşbəxtdirlər, mən isə xüsusilə sevincliyəm", - deyə o bildirib.
Qeyd olunur ki, Tatyana qohumlarına xəbər vermədən Rusiyanı tərk edərək İsrailə gedib.
Ailə İsrail polisindən qızın ölkəyə qaytarılması üçün kömək istəyib.
----------
16:18
Məşhur rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina itkin düşüb. İfaçı bunu Bakıdan qastrol səfərindən qayıtdıqdan sonra xəbər tutub - evdə qızının yalnız mobil telefonu tapılıb. O, 34 yaşlı qızının qaçırıldığını düşünür.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının vəkili Yelena Senina "Baza" "Telegram" kanalına bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Tatyanaya narkotik verilib və Rusiyadan kənara çıxarılıb. Bundan əlavə, vəkil iddia edir ki, qızı anasının nüfuzuna və inanclarına xələl gətirən müsahibə verməyə məcbur ediblər.
"Bizim məlumata görə, Tanyuşa Rusiya Federasiyası ərazisində deyil. Qızın narkotikdən asılılığını nəzərə alsaq, onun hansı xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyi məlumdur", - deyə Senina bildirib.
Vəkil vurğulayıb ki, qızı vasitəsilə məşhur müğənniyə təzyiq göstərməyə çalışırlar, lakin bu, Uspenskayanı vətəndaş mövqeyini dəyişməyə məcbur etməyəcək.
Korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin artıq Tatyana Plaksinanın yoxa çıxması ilə bağlı güc strukturlarına müraciət edib. Lyubov Uspenskayanın özü hələlik şərh verməkdən çəkinir.
Qeyd edək ki, Tatyana Plaksina əvvəllər narkotik aludəçisi olub, lakin vəkilin sözlərinə görə, hazırda o, zərərli vərdişini tərgidib.
------------
07:47
Əslən Ukraynadan olan müğənni Lyubov Uspenskayanın qızı itib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi Rusiya mətbuatına açıqlamasında bildirib. O, qızı Tatyana Plaksinanın qaçırıldığını ehtimal etdiyini bildirib:
"Bakıdan təzə qayıtmışam, qızım Tanya yoxa çıxıb! Onu tapa bilmirəm... Telefonları evdə qalıb, qorxuram. Çünki bu Tanyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası işgüzar səfərləri ilə əlaqədar ola bilər. Bəlkə də satıcılar və ya narkomanların əlindədir. Bilmirəm, bu variantlardan biri ola bilər.
Mən qastrolda idim və nə baş verdiyini bilmirəm, baxmayaraq ki, evimdə işləyənlər var, amma onlar da heç nə deyə bilmirlər! Heç nə görməyiblər. Mən indi çaşqınlıq, vahimə içindəyəm. Qorxuram ki, şantajçıların əlindədir, çünki o, məşhur müğənninin qızıdır. Onun haqda nəsə görən və ya bilən kimsə kömək etsin. İstənilən məlumat bizə faydalı olacaq".
Qeyd edək ki, Lyubov Uspenskaya martda Rusiya vətəndaşlığını alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun