Yaxın Şərqin istənilən nöqtəsinə hücum edə bilərik - Halevi

2 Oktyabr 2024 21:59

İsrail İranın kütləvi raket hücumuna cavab verəcək və Yaxın Şərqin istənilən nöqtəsinə hücum etmək gücündəyik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

İranın ötən gün 200 raket atdığını bildirən Hlevi mülki insanların həyatına təhlükə yarandığını vurğulayıb:

"Biz cavab verəcəyik, vacib hədəfləri necə tapacağımızı, dəqiq və güclü zərbələri necə endirəcəyimizi bilirik. Bizim Yaxın Şərqin istənilən yerinə çatmaq və hücum etmək imkanımız var".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun