Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

2 Oktyabr 2024 21:52

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin II turuna yekun vurulacaq.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, turun ikinci oyun günündə 9 matç baş tutacaq.

İlk oyundan sonra liderliyi ələ alan "Bavariya" İngiltərədə "Aston Villa"nın qonağı olacaq. Turnirin son qalibi "Real" isə Fransada "Lill"lə görüşəcək.

Qeyd edək ki, III turun oyunları oktyabrın 22-23-də keçiriləcək.

Çempionlar Liqası
Liqa mərhələsi
II tur, 2 oktyabr
20:45. "Jirona" - "Feyenord" - 1:2
20:45. "Şaxtyor" - "Atalanta" - 0:2
23:00. "Aston Villa" - "Bavariya"
23:00. "Benfika" - "Atletiko"
23:00. "Dinamo" Z - "Monako"
23:00. "Lill" - "Real"
23:00. "Liverpul" - "Bolonya"
23:00. "Leypsiq" - "Yuventus"
23:00. "Şturm" - "Brügge"

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun