Arakçı Kənanini işdən çıxartdı, yeni sözçü təyin etdi

2 Oktyabr 2024 21:45

İranın xarici işlər naziri Seyid Abbas Arakçı İsmayıl Bəqaini İctimai Diplomatiya Mərkəzinin yeni rəhbəri və Xarici İşlər Nazirliyinin sözçüsü təyin edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nasir Kənanini əvəzləyəcək İsmayıl Bəqai bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.

O, bundan əvvəl İranın BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi, Xarici İşlər Nazirliyinin hüquq şöbəsinin müdiri və İranın BMT-də hüquq üzrə nümayəndəsi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun