Teyyub Carçıyev baş həkim təyin olundu

2 Oktyabr 2024 20:35

Ağstafa Mərkəzi Rayon Xəstəxanasında kadr dəyişikliyi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, xəstəxananın Cərrahiyyə Şöbəsinin Əməliyyatxana bölməsinin müdiri Teyyub Carçıyev yeni baş həkim təyin edilib.

Qeyd edək ki, o həm də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini daşıyır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun