Zelenskidən Xarici Kəşfiyyat İdarəsində kadr dəyişikliyi

2 Oktyabr 2024 20:28

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə fərmanlar Ukrayna rəhbərinin saytında dərc olunub.

Belə ki, Oleq Sinaiko idarə rəisinin müavini vəzifəsindən azad edilib, onun yerinə Gennadi Boqaç keçib. Bundan əlavə, Oleq Luqovski başçı müavini vəzifəsindən birinci müavini vəzifəsinə keçirilib.

Qeyd edək ki, daha əvvəl Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerov 3 müavinini, həmçinin Müdafiə Nazirliyinin dövlət katibini işdən azad edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun