Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu

2 Oktyabr 2024 19:13

Rostov vilayətinin Azov rayonundan Türkiyənin Samsun limanına üzən gəmi Don çayında saya oturub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında olan "Florica" gəmisinin saya oturması ilə bağlı məlumat daxil olub. Gəminin göyərtəsində Azərbaycandan olan 14 ekipaj üzvü var", - məlumatda qeyd olunub.

Bildirilib ki, gəmidə xəsarət alan olmayıb və naviqasiya pozulmayıb. Oraya kömək üçün iki yedək gəmisi göndərilib.

Qeyd edək ki, Vanuatu Melaneziyada bir dövlətdir. Sakit Okeanın cənub-qərbində yerləşir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun