Almaniya XİN vətəndaşlarını İranı tərk etməyə çağırdı

2 Oktyabr 2024 18:46

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda gərginlik artdığı üçün təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, İran İsrail ərazisinə raket hücumu etdikdən sonra qarşı tərəfin də cavab verəcəyi ehtimalına görə bu çağırış edilib.

Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.

Almaniyanın İrandakı səfirliyi vurğulayıb ki, İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binası oktyabrın 3-də bağlı olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun