31 yaşlı polisin evdə meyiti tapıldı

2 Oktyabr 2024 18:15

Türkiyədə polis məmurunun meyiti tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Antalya şəhərinin Serik qəsəbəsində baş verib. Polis məmuru 31 yaşlı Özkan Çakmak işə getmədiyi üçün həmkarları onun nömrəsinə zəng ediblər. Lakin o, zənglərə cavab verməyib.

Polisin evinə gedən iş yoldaşları onun yatağında hərəkətsiz yatdığını görüblər. Çağırılan təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Hazırda onun ölüm səbəbinin müəyyənləşməsi üçün araşdırma aparılır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun