İlqar Əlfioğlu oğluna toy etdi - VİDEO - FOTO

2 Oktyabr 2024 17:30

Tanınmış jurnalist, teleaparıcı İlqar Əlfioğlunun ailəsində xoş gün olub.

Milli.Az olay-a istinadən bildirir ki, onun oğlu ailə qurub.  Aparıcı övladına ötən gün paytaxtdakı restoranların birində məclis edib. 

Nicat Rəhimovun aparıcılıq etdiyi gecədə müğənnilər Ramal İsrafilov, Roza Zərgərli və Ayan Babakişiyeva səhnə alıb.

Qonaqların sırasında Azərbaycan mediasının tanınmış imzaları, televiziyanın ulduz simaları yer alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun